DİN vəzifəli şəxsin düşdüyü qəza ilə bağlı məlumat yayıb
01 oktyabr 2013 13:19 (UTC +04:00)

DİN vəzifəli şəxsin düşdüyü qəza ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi Sabirabad rayonunda baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb. Lent. az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, sentyabrın 30-da saat 11.00 radələrində Sabirabad rayonu Yastıqobu kəndinin ərazisində İmişli rayon sakini Qəzənfər Ağayev idarə etdiyi “Hyundai Sonata” markalı avtomaşını aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb. Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

 

Qeyd edək ki, avtomobil qəzasında ölən Q.Ağayev “İmişli elektrik quraşdırma” MMC-nin müdiri vəzifəsində çalışırmış.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2033

Oxşar yazılar