Dəhşətli qəzada ölənlərdən ikisinin adı məlum olub
29 aprel 2013 11:58 (UTC +04:00)

Dəhşətli qəzada ölənlərdən ikisinin adı məlum olub

Aprelin 29-na keçən gecə Bakı şəhərinin Sabunçu rayonu ərazisində baş vermiş dəhşətli yol qəzası nəticəsində ölən şəxslərdən ikisinin adı məlum olub. Sabunçu rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, qəza zamanı hadisə yerində ölən “VAZ” markalı avtomobilin sürücüsü Çingiz Pənahovun və “RENO” markalı minik avtomobili idarə edən Tərlan Rəhmətovun şəxsiyyəti müəyyən edilib. “RENO”da dünyasını dəyişmiş sərnişinin adı isə hələlik müəyyənləşdirilməyib.

 

Faktla əlaqədar cinayət işi açılıb. Araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2080

Oxşar yazılar