Daşkəsən sakini yandı
12 mart 2014 14:19 (UTC +04:00)

Daşkəsən sakini yandı

Daşkəsən rayonunun Quşçu kənd sakini ağır yanıq xəsarəti alıb.


 

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, Daşkəsən rayonunun Quşçu kənd sakini, 1992-ci il təvəllüdlü Rüstəmov Rəşad ağır yanıq diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Bədəninin 90 faizinin yandığı bildirilən 22 yaşlı gəncin vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, R. Rüstəmov siqaret çəkə-çəkə generatora benzin tökmək istəyərkən yanğın baş verib.


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 616

Oxşar yazılar