Daha bir ovçu dağdan yıxılıb öldü
26 yanvar 2014 22:35 (UTC +04:00)

Daha bir ovçu dağdan yıxılıb öldü

0

Azərbaycanın Oğuz rayonunda ovçu ölüb. Oğuz Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, bu gün rayonun Xaçmazqışlaq kənd sakini, 33 yaşlı Məmmədbağır Aydın oğlu Seyidəliyev ov etmək məqsədi ilə dağa qalxıb. Qarlı hava şəraiti olduğundan yüksəklikdən sürüşərək yıxılan M. Seyidəliyev aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

 

M. Seyidəliyevin meyiti tapılaraq ailəsinə təhvil verilib.

 

Faktla bağlı Oğuz Rayon prokurorluğu tərəfindən araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1346

Oxşar yazılar