Çimərlikdə asılı vəziyyətdə meyit tapılıb
29 mart 2013 08:58 (UTC +04:00)

Çimərlikdə asılı vəziyyətdə meyit tapılıb

 

Xızı rayonunda intihar hadisəsi baş verib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Yeni Yaşma kəndi yaxınlığında, Xəzər dənizi sahilindəki çimərlikdə asılı vəziyyətdə olan meyit tapılıb. Yayda dənizdə çimən şəxslərin kölgəlik kimi istifadə etdiyi ağacdan tapılan meyitin kimə məxsus olması araşdırılıb və məlum olub ki, ölən şəxs 1992-ci il təvəllüdlü Əliyev Namaz Yunis oğludur.

 

Yeni Yaşma kənd sakini olan gəncin meyiti ekspertizaya göndərilib. Faktla əlaqədar rayon Prokurorluğunda cinayət işi başlanılıb. Hadisənin təfərrüatları araşdırılır.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3068

Oxşar yazılar