Böyük Britaniyaya getmək istəyənlər üçün yeni qayda
30 dekabr 2013 15:25 (UTC +04:00)

Böyük Britaniyaya getmək istəyənlər üçün yeni qayda

0

Böyük Britaniya ölkəyə uzunmüddətli səyahət etmək istəyən bir neçə xarici ölkənin vətəndaşları ilə bağlı yeni qayda tətbiq edəcək.


 

APA-nın Böyük Britaniya Sərhəd Agentliyinin saytına istinadən verdiyi məlumata görə, bu qayda Azərbaycan vətəndaşlarına da şamil olunacaq.

 

Belə ki, cari ilin dekabrın 31-dən etibarən Böyük Britaniyaya gəlmək üçün 6 aydan çox müddət üçün viza almaq istəyən vətəndaşlar tələb olunan sənədlərdən başqa, vərəm xəstəliyi ilə bağlı arayış da gətirməlidirlər. Altı aydan az müddətə Böyük Britaniyaya gəlmək arzusunda olan vətəndaşların bu arayışı əldə etməsinə ehtiyac yoxdur.

 

Yaşı 11-dən yuxarı olan Azərbaycan vətəndaşları vərəmlə bağlı arayışı Bakıda Mərdanov qardaşları küçəsi-41/47 ünvanında yerləşən “Turkish-American Medical Center” tibbi-radioloji klinikasından ala bilərlər. 11 yaşdan aşağı olan uşaqlar isə həmin klinikaya valideyn və ya himayəçi ilə gələrək, xüsusi sorğu blankını doldurmalıdır. Sorğunun nəticələrinə əsasən, həkim 11 yaşdan aşağı olan uşaqların vərəm xəstəliyi ilə bağlı müayinədən keçməsinin məqsədəuyğunluğu haqda qərar verməlidir. Əgər vərəm testi vətəndaşda xəstəliyi aşkarlasa, həmin şəxsin Böyük Britaniyaya gəlişi üçün viza müraciəti rədd oluna bilər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1331

Oxşar yazılar