Bir qrup Azərbaycan sülhməramlısı Əfqanıstandan gayıdıb
09 aprel 2014 21:49 (UTC +04:00)

Bir qrup Azərbaycan sülhməramlısı Əfqanıstandan gayıdıb

Aprelin 9-da Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 34 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.

APA-nın müdafiə nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.

 

Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 94 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstanda beynəlxalq sülhyaratma missiyasında iştirak edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 463

Oxşar yazılar