Binə ticarət mərkəzində qanlı dava: ölən var
14 fevral 2013 10:04 (UTC +04:00)

Binə ticarət mərkəzində qanlı dava: ölən var

 

Bakı şəhərinin Qaradağ rayonu ərazisində qətl hadisəsi törədilib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Binə ticarət mərkəzinin həyətində yerləşən “Dərya-Dəniz” kafesində dava-dalaş düşüb. Hadisə zamanı 1982-ci il təvəllüdlü Rəhimov Şaiq Əsgərxan oğlu bıçaqlanıb. O xəstəxanaya aparılarkən ölüb.

 

Hadisə ilə bağlı əməliyyat-istintaq tədbirləri həyata keçirilir. Ş.Rəhimovu qətlə yetirən şəxs və ya şəxslərin yaxalanaraq məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10171

Oxşar yazılar