Azərbaycanlı biznesmen Tacikistanın paytaxtı Düşənbə şəhərində müəmmalı şəkildə ölüb. Lent. az-ın məlumatına görə, bu barədə virtualaz.org “Azadlıq” radiosunun tacik xidmətinə istinadən xəbər yayıb.
Ölən şəxsin Səməd Sadıqov adlı Azərbaycan vətəndaşı olduğu bildirilir. Azərbaycanın Düşənbədəki səfirliyi faktı təsdiq edib. Səfirliyin mətbuat katibi Samir Əhmədi bildirib ki, biznesmenin ölümünə səbəb qara ciyər serrozu olub. Digər təfərrüatlar haqda məlumat verilmir.
Radiostansiya bildirir ki, Azərbaycandan əldə edilən bəzi məlumatlara görə, Sadıqov müxalifyönlü olub. Onun yaxınları mərhumun cəsədini götürmək üçün Düşənbəyə gediblər.
Virtualaz.org araşdırıb ki, Düşənbədə ölən Səməd Sadıqov Azərbaycanın baş nazirinin keçmiş müavini, iqtisadiyyat naziri olub. O, 1993-cü il, sentyabrın 2-də həmin vaxt Ali Sovetin sədrinin səlahiyyətlərini həyata keçirən Heydər Əliyevin fərmanı ilə baş nazirin müavini və iqtisadiyyat naziri təyin olunub. S. Sadıqovun keçmiş spiker Rəsul Quliyevin komandasında yer aldığı da məlum olub.
O, baş nazirin müavini vəzifəsində bir neçə il - təxminən R. Quliyevin istefasına (bu isə 1996-cı ildə olub) qədər işləyib.
S. Sadıqov 1995-ci il, martın 11-12-də Danimarkanın Kopenhagen şəhərində keçirilən sosial inkişaf üzrə ümumdünya konfransında Azərbaycanın iştirakına hazırlıq üzrə prezident Heydər Əliyevin fərmanı ilə yaradılmış hökumət komissiyasında hazırda həbsdə olan xarici iqtisadi əlaqələr nazirinin keçmiş birinci müavini Nicat Quliyev və digər rəsmilərlə birlikdə təmsil olunub.

Baş nazirin sabiq müavini Tacikistanda ölüb
Oxşar yazılar

Azərbaycandan aparılan heyvan mənşəli məhsullar Rusiyaya buraxılmadı
16 iyul 2025 , 09:53
Zaqatalada evdən çürümüş meyit TAPILDI
16 iyul 2025 , 09:24Bakıda gölün ətrafında baş verən yanğın söndürüldü - VİDEO-YENİLƏNİB
16 iyul 2025 , 08:17
Yeni sadə müalicə yüksək qan təzyiqini azalda bilər
16 iyul 2025 , 02:27
Cəlilabadda dağlıq ərazi yanıb, bir nəfər tüstüdən boğulub - VİDEO -YENİLƏNİB
15 iyul 2025 , 21:02
Şirvanda kişi yaşadığı evin həyətində ölü tapıldı
15 iyul 2025 , 19:33
Erməni konyaklarının 85 faizi saxta çıxdı - BÖYÜK ARAŞDIRMA
15 iyul 2025 , 18:11