Bakının üç yerində yanğın olub
20 iyun 2013 05:14 (UTC +04:00)

Bakının üç yerində yanğın olub

 Bakıda ötən gün axşam saatlarında üç yanğın hadisəsi qeydə alınıb.

APA-nın FHN-ə istinadən verdiyi xəbərə görə, Bakının Nərimanov rayonunda vətəndaşa məxsus hər mərtəbəsi 140 kv.m olan ikimərtəbəli 6 otaqlı evdə yanğın baş verib. Nəticədə evin dam örtüyünün yanar konstruksiyaları 140 kv.m və 2-ci mərtəbənin tavanı 60 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Paytaxtın Nərimanov rayonunda daha bir yanğın hadisəsi baş verib. Belə ki, doqquzmərtəbəli yataqxana binasının zirzəmisində quraşdırılmış qeyri standart su qızdırıcılarına birləşdirilmiş 3 p.m elektrik kabelləri yanıb. Digər kommunikasiya xətləri və bina yanğından mühafizə olunub.

 

Bundan başqa, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus hər mərtəbəsi 50 kv.m olan ikimərtəbəli yaşayış evinin dəhlizinin yanar konstruksiyaları 9 kv.m sahədə, mətbəxin yanar konstruksiyaları və lambirdən ibarət tavanı 16 kv.m sahədə (ümumi 25 kv.m ) yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.  

 

Bütün hallarda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.  

 

 

# 859
avatar

Oxşar yazılar

Baş Prokurorluqdan ƏMƏLİYYAT:  saxlanılanlar var

Baş Prokurorluqdan ƏMƏLİYYAT: saxlanılanlar var

30 aprel 2024 , 13:47
Azərbaycanlı sürücü TIR-la qəza törətdi

Azərbaycanlı sürücü TIR-la qəza törətdi

30 aprel 2024 , 12:20
Bakıda mağazadan 700 manatlıq ət  oğurlandı

Bakıda mağazadan 700 manatlıq ət oğurlandı

30 aprel 2024 , 11:47
Bakıda 10 maşının toqquşduğu qəzanın VİDEOSU  - YENİLƏNİB

Bakıda 10 maşının toqquşduğu qəzanın VİDEOSU - YENİLƏNİB

30 aprel 2024 , 11:31
Qız oğurladığı telefonu itirdi

Qız oğurladığı telefonu itirdi

30 aprel 2024 , 11:14
Narkotik satan azərbaycanlılar tutuldu

Narkotik satan azərbaycanlılar tutuldu

30 aprel 2024 , 10:52
Keçmiş daxili işlər naziri saxlanıldı

Keçmiş daxili işlər naziri saxlanıldı

30 aprel 2024 , 10:08
Bakıda 2-ci İNTİHAR:  qadın özünü binadan atdı

Bakıda 2-ci İNTİHAR: qadın özünü binadan atdı

30 aprel 2024 , 09:46