Bakının mərkəzində yol polisini vurdular
21 iyul 2014 13:18 (UTC +04:00)

Bakının mərkəzində yol polisini vurdular

Bakının mərkəzində yol polisini maşın vurub. Lent.az-ın milli.az-a istinadən verdiyi məlumata görə, xidmət zamanı yol polisini vuran maşın ərazidən uzaqlaşıb.

 

Hadisə Səbail rayonunda, Zərifə Əliyeva və Rəsul Rza küçələrinin kəsişməsində baş verib. Rayon Polis İdarəsindən verilən məlumata görə, 48 yaşlı Dövlət Yol Polisi İdarəsinin inspektoru Teymur Sonayevi 90 XM 542 dövlət nömrə nişanlı "Hyundai" markalı maşın vurub. Sürücü qəzadan sonra hadisə yerindən uzaqlaşıb.  Yaralı polis əməkdaşı isə Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib. Faktla bağlı cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2572

Oxşar yazılar