“Suraxanı rayonunun Zığ qəsəbəsində manyak peyda olub. Qorxumuzdan küçəyə nə özümüz tək çıxa bilmirik, nə də qız uşaqlarını tək buraxmırıq”.
Lent.az-ın məlumatına görə, bu barədə virtualaz.org saytına qəsəbənin Hətəm Allahverdiyev küçəsinin sakinləri məlumat veriblər.
Onların sözlərinə görə, qəsəbədəki həyət evlərində yaşayan xanım sakinlər gənc bir kişinin hərəkətlərindən küçəyə çıxmağa qorxurlar: “Bu adamla dəfələrlə rastlaşmışıq. O, tinlərdə, əsasən də gediş-gəlişin az olduğu yerlərdə dayanaraq qadınların küçəyə çıxmasını gözləyir. Qadınları görən kimi isə qəfildən soyunaraq müxtəlif əxlaqsız hərəkətlər etməyə başlayır. Bizim küçədə də bir neçə dəfə belə qeyri-adi hərəkətlər edib. Yaxşı ki, həmin anda qonşuların bir neçəsi səsə çıxıb, köməyə çağırdığımız qadınlarla onu daşa basaraq qovmuşuq. Amma tənha olanda qorxuruq, çünki kimliyini bilmədiyimiz bu adam bizə zərər verə bilər”.
Sakinlər dedilər ki, həmin gənc kişi ucaboylu, saqqallı və güclü bədən quruluşuna malik biridir: “Heç kimə fikir vermir, sakitcə gəzir, amma qadın görən kimi paltarlarını soyunub eyni hərəkətləri edir. Amma maraqlıdır ki, kişilərin qarşısına çıxmır, hətta məhəllənin kişilərini, qadınların həyat yoldaşlarını görən kimi qaçır. Buna görə də onun yaxalanması çətindir”.
Sakinlərin narahatçılığına səbəb olan bu şəxs ilə bağlı ərazinin sahə müvəkkili Azər Nəsirov bildirib ki, bu məlumatı mütləq araşdıracaq: “Bu barədə bizə hələ heç bir məlumat daxil olmayıb. Amma araşdırma aparılacaq. Ola bilər ki, həmin insan ruhi xəstə olsun. Çünki biz də ruhi xəstələrin qadınları görən kimi soyunması, onları qorxutmağa çalışması, insanları narahat etməsi hadisəsi ilə dəfələrlə qarşılaşmışıq. Təəssüf ki, məhkəmə qərarı olmadan ruhi xəstələri xəstəxanalarda yerləşdirə bilmirik. Bunun üçün ruhi xəstənin ailəsinin razılığı olmalıdır. Şikayətdə deyildiyi kimi, sakinləri narahat edən adam varsa, bunu araşdırıb qarşısını alacağıq”.

Bakının bir qəsəbəsi HƏYƏCAN İÇİNDƏ
Oxşar yazılar

Şərurda qohumunu öldürməkdə şübhəli bilinən şəxs tutuldu -YENİLƏNİB
13 iyul 2025 , 17:42
Salyanda AĞIR QƏZA, 3 nəfər öldü
13 iyul 2025 , 15:50
İsmayıllıda itkin düşən 40 yaşlı qadının yeri məlum oldu -YENİLƏNİB
13 iyul 2025 , 15:14
Aeroport yolunda QƏZA
13 iyul 2025 , 12:42
Sumqayıtda güllələnmə: bir nəfər öldü
13 iyul 2025 , 11:50
Qazaxda əkin sahəsində FACİƏ: traktorda kişi meyiti tapıldı
13 iyul 2025 , 11:34
Ölkədən qaçmaq üçün qayınanası ilə evləndi
13 iyul 2025 , 11:28