Bakıda zəncirvari qəza - YENİLƏNİB
09 yanvar 2014 10:35 (UTC +04:00)

Bakıda zəncirvari qəza - YENİLƏNİB

0
Bakının Yasamal rayonunda 5 maşının biri-birinə dəyməsi ilə zəncirvari qəza baş verib.

 

APA-nın xəbərinə görə, Bakıxanov küçəsindəki körpünün yaxınlığında dairəvi yolda hərəkət edən "Toyota RAV" markalı avtomaşın qarşıda hərəkət edən və yol kənarında dayanan 4 "Mercedes Benz"ə çırpılıb. Qəza nəticəsində xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib.

 

Dövlət Yol Polisinin Yasamal rayon Şöbəsinin hadisə yerində olan əməkdaşlarının APA-ya verdikləri məlumata görə, ilkin ehtimala görə qəzaya səbəb sərxoş vəziyyətdə olduğu iddia edilən "Toyota RAV" markalı avtomaşının sürücüsü olub. Qəzadan sonra sürücü hadisə yerindən qaçıb.

 

Faktla bağlı Dövlət Yol Polisinin Yasamal rayon Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2022

Oxşar yazılar