Bakıda yanğın: 18 nəfər təxliyyə olundu
22 dekabr 2013 20:19 (UTC +04:00)

Bakıda yanğın: 18 nəfər təxliyyə olundu

0

Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

 

Fövqəladə Hallar Nazirliyindən APA TV-yə verilən məlumata görə, binanın 5-ci mərtəbəsindən 12-ci mərtəbəsinə qədər 200 metrlik elektrik naqilləri  yanıb. Yanğın zamanı mənzillərdən 18 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

 

Elektrik naqillərinin qalan hissəsi binanın mansardı və mənzillər yanğından mühafizə olunub.

 

Yanğın söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1221

Oxşar yazılar