Bakıda Türkiyə vətəndaşını soyan 3 nəfər tutulub
25 aprel 2013 13:19 (UTC +04:00)

Bakıda Türkiyə vətəndaşını soyan 3 nəfər tutulub

Saxlanılanlar arasında qadın da var

 

 

Bakıda soyğunçuluq etmiş 3 nəfər tutulub. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 23-də Türkiyə vətəndaşı Sezgen Yılmaza qarşı zor tətbiq edərək ondan 5500 avro və 1400 manatını almış Bakı şəhər sakinləri Leyla Hacıyeva, Ruslan İslamov və Elnur Əliyev tutulub.

 

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 738

Oxşar yazılar