Bakıda şirkətdə işləyən Türkiyə vətəndaşının pulunu oğurladılar
09 aprel 2013 18:10 (UTC +04:00)

Bakıda şirkətdə işləyən Türkiyə vətəndaşının pulunu oğurladılar

 

Bakı şəhərinin Yasamal rayonu ərazisində oğurluq hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Dairəvi yol 2 ünvanında “Dia Holding”ə məxsus yataqxanadan xeyli pul və əşyalar oğurlanıb. Məlumata görə, orada yaşayan şirkətin əməkdaşı, Türkiyə vətəndaşı Demirçi Bekir Mehmet oğluna məxsus 2500 dollar, 68 manat, mobil telefon və şəxsi sənədlər oğurlanıb.

 

Hazırda fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 762

Oxşar yazılar