Bakıda sirkə içən qız 5 gün yaşadı
15 fevral 2013 12:29 (UTC +04:00)

Bakıda sirkə içən qız 5 gün yaşadı

Bakıda sirkə içmiş qız xəstəxanada ölüb. Sabunçu rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, fevralın 9-da Maştağa qəsəbəsində yaşayan 1983-cü il təvəllüdlü İsbəndiyarova Vüsalə Həsən qızı sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilib. Həkimlərin səyinə baxmayaraq, 30 yaşlı qadın fevralın 14-də xəstəxanada ölüb.

 

Ölüm faktı ilə əlaqədar prokurorluqda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2096

Oxşar yazılar