Bakıda silahlı insident: avtomobilə 2 dəfə atəş açdı
10 iyun 2013 14:54 (UTC +04:00)

Bakıda silahlı insident: avtomobilə 2 dəfə atəş açdı

İyunun 9-da Bakı şəhərinin Sabunçu rayonunda silahlı insident baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, M.Fətəliyev küçəsində Bakı şəhər sakini Samir Əliyev naməlum şəxslə mübahisə edərkən xuliqanlıq zəminində ov tüfəngindən 2 dəfə atəş açaraq həmyerlisi İlqar Hüseynova məxsus “Opel” markalı avtomaşının arxa şüşəsini sındırıb. Daha sonra o özünə məxsus “Lada-Priora” markalı avtomaşında hadisə yerindən qaçıb.

Hadisə yerinə baxış zamanı 2 ədəd giliz götürülüb.

S.Əliyevin tutulması üçün Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

# 1845
avatar

Nizam Rza

Oxşar yazılar