Bakıda silahlı insident
03 sentyabr 2013 10:30 (UTC +04:00)

Bakıda silahlı insident

Bakıda 31 yaşlı kişi odlu silahla qətlə yetirilib.

 

Nizami rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Keşlə qəsəbəsində qeydə alınıb.

 

Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Seymur Həmzə oğlu Məmmədov 1982-ci il təvəllüdlü Elçin Aftandil oğlu Fərəcovu odlu silahla güllələyib. Nəticədə xəstəxanaya çatdırılan E. Fərəcovu xilas etmək mümkün olmayıb.

 

Hadisənin motivi hələlik məlum deyil.

 

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3010

Oxşar yazılar