Bakıda səfirliyin maşınını vurub qaçdılar
29 aprel 2013 14:06 (UTC +04:00)

Bakıda səfirliyin maşınını vurub qaçdılar

Bakı şəhərinin Yasamal rayonu ərazisində səfirlik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Fuad İbrahimbəyov küçəsi 15 ünvanının qarşısında naməlum avtomobil Rusiyanın Bakıdakı səfirliyinə məxsus “Nissan Tiida” markalı avtomobili vurub. Qəza törətmiş həmin maşının sürücüsü dərhal nəqliyyat vasitəsini hadisə yerindən yayındırıb.

 

Hazırda hadisəni törətmiş sürücünün şəxsiyyətini müəyyən etmək məqsədi ilə iş aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1009

Oxşar yazılar