Bakıda saxta pul əməliyyatı
26 aprel 2013 11:33 (UTC +04:00)

Bakıda saxta pul əməliyyatı

 

Bakı şəhərinin Nəsimi rayonu ərazisində vətəndaşdan xeyli miqdarda saxta pul götürülüb. Bakı şəhər BAŞ Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qaryağdı küçəsində yaşayan Mirsadıx Sadıxzadədən 7 ədəd 50 manatlıq və 1 ədəd 20 manatlıq saxta əsginas götürülüb. Onun evindən isə 26 ədəd 50 manatlıq, 22 ədəd 20 manatlıq saxta əsginas, 6 ədəd rəngli karandaş və kompüter avadanlığı aşkar olunaraq götürülüb.

 

Fakt üzrə araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1329

Oxşar yazılar