Bakıda restoranda kütləvi dava: 3 nəfər yaralanıb
08 aprel 2013 11:27 (UTC +04:00)

Bakıda restoranda kütləvi dava: 3 nəfər yaralanıb

 

Bakı şəhərinin Xətai rayonu ərazisindəki restoranlardan birində kütləvi dava-dalaş olub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, aprelin 7-si saat 04:35 radələrində Senyuşkin küçəsində yerləşən restoranda Bakı şəhər sakini Əziz Fərhadov bıçaq xəsarətləri ilə, qardaşı Tural və Fuad Cəbiyev kələ beyin xəsarətləri ilə KTM-ə yerləşdirilib. Xətai RPİ CAŞ və 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakinləri - Eldəniz Quliyev, qardaşı İntiqam, Məmməd Quliyev və Namiq Quliyev yaxalanıblar.

 

Faktla əlaqədar araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4660

Oxşar yazılar