Bakıda 31 yaşlı qadın qətlə yetirilib. Xətai rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Əhmədli qəsəbə sakini 1981-ci il təvəllüdlü Şükürov Elsevər Hacırza oğlu yaşadığı ünvanda həyat yoldaşı, 1983-cü il təvəllüdlü Şükürova Rəqsanə Rəfail qızını bıçaqlayaraq öldürüb. E.Şükürov həyat yoldaşı ilə mübahisə etdikdən sonra ona bıçaqla çoxsaylı bədən xəsarətləri yetirib. Qadın hadisə yerindəcə keçinib.
Polis tərəfindən saxlanılan E.Şükürov həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirdiyini deyib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.