Bakı şəhərinin Nəsimi rayonu ərazisində soyğunçuluq hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, aprelin 8-də B.Səfəroğlu küçəsində Bakı şəhər sakini Oqtay Əliyev Yana Antipovanı yerə yıxaraq içərisində 28 manat, 5 min rubl olan əl çantasını əlindən alıb. Daha sonra O.Əliyev hadisə yerindən qaçsa da, Bakı şəhər BPİ CAİ və Nəsimi RPİ PPXB əməkdaşarı tərəfindən yaxalanıb.
Araşdırmalar davam etdirilir.