Mayın 28-də M.Ə.Rəsulzadə qəsəbəsində yaşayan Leyla Əfəndiyevanın evindən açıq qapıdan keçməklə 216 manat, mayın 29-da isə Xutor qəsəbəsində yaşayan Nofəl Cəbrayılova məxsus «Mercedes» markalı avtomobildən, şüşəni sındırmaqla, içərisində 160 manat olan pul kisəsi və naviqator oğurlayan şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, hadisəni törədən şəxs yeniyetmədir. Belə ki, Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən 2000-ci il təvəllüdlü Şahmurad Xudaverdiyev həbs edilib.