Bakıda maraqlı cinayət: arvadı ilə dalaşan kişini şantaj etdilər
01 avqust 2013 13:27 (UTC +04:00)

Bakıda maraqlı cinayət: arvadı ilə dalaşan kişini şantaj etdilər

Bakı sakinini şantaj edən şəxslər saxlanılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iyulun 21-də Qaradağ rayonunun Ələt qəsəbə sakini Ramil Ağayev 11-ci PB-yə ərizə ilə müraciət edərək, arvadı ilə aralarında olan mübahisəni gizli yolla mobil telefona çəkmiş həmyerliləri Əkrəm Qayıbovun və İsmayıl İbrahimovun çəkilmiş videonu sosial şəbəkələrdə yayacaqları ilə hədələyib ondan 500 manat pul istəmələrini bildirib.

 

Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 31-də İ.İbrahimov və Ə.Qayıbov 500 manat pulu R.Ağayevdən alarkən tutulub, video yazı olan mobil telefon onlardan götürülüb.

# 2607
avatar

Nizam Rza

Oxşar yazılar