Bakıda mağaza yarılıb
19 iyul 2014 11:38 (UTC +04:00)

Bakıda mağaza yarılıb

İyulun 18-nə keçən gecə Bakı şəhər sakini İlqar Kərimova məxsus, 28 May küçəsində yerləşən mağazadan qapının kilidini sındıraraq içərisində 664 manat olan dəmir seyf oğurlayan şəxslər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, hadisəni törədən Sabirabad rayon sakinləri 1992-ci il təvəllüdlü Xəyal İbadov və 1998-ci il təvəllüdlü Şəhruz Xəlilov həbs edilib. Həmin şəxsləri Nəsimi RPİ PPXB və 22-ci Polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlayaraq şöbəyə aparıblar.

 

Ötən gün həmçinin Neftçilər prospektində Bakı şəhər sakini Namiq Baxşiyevə məxsus mobil telefonu oturacağın üzərindən oğurlayan şəxs tutulub. Bu şəxs 1976-cı il təvəllüdlü Racı İsayevdir. Onu Səbail RPİ 9-cu Polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlayıblar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 647

Oxşar yazılar