Bakıda kütləvi dava: 2 nəfər bıçaqlanıb
18 dekabr 2013 11:03 (UTC +04:00)

Bakıda kütləvi dava: 2 nəfər bıçaqlanıb

0

Dekabrın 17-si saat 02:50 radələrində Bakıda kütləvi dava-dalaş olub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, şəhər sakini Fərid Məmmədov döş qəfəsindən aldığı bıçaq xəsarəti ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Nərimanov RPİ Cinayət-Axtarış Şöbəsi və 18-ci PB-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən, Bakı şəhər sakini Vüqar Budaqov tutulub. Müəyyən olunub ki, o, həmin vaxt  Bakı şəhər sakini Rauf Qasımov da xəsarət yetirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1767

Oxşar yazılar