Bakıda kütləvi dava: 2 nəfər bıçaqlanıb
02 aprel 2013 12:24 (UTC +04:00)

Bakıda kütləvi dava: 2 nəfər bıçaqlanıb

Bakı şəhərinin Binəqədi rayonu ərazisində bir neçə nəfərin iştirakı ilə dava-dalaş olub. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, dava zamanı şəhər sakinləri Təbriz Allehverdiyev və Pərviz İmanov bıçaqlanıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

 

İlkin araşdırmalarla davada iştirak etmiş daha bir şəxs – Yaqub Həsənov da müəyyənləşdirilib. Bildirilir ki, P.İmanovla T.Allahverdiyev dava zamanı bir-birlərinə xəsarət yetirib.

 

Hazırda Binəqədi RPİ-də faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2038

Oxşar yazılar