Bakıda kirayənişin faciəvi şəkildə öldü
19 aprel 2013 10:44 (UTC +04:00)

Bakıda kirayənişin faciəvi şəkildə öldü

 

Bakı şəhərinin Nərimanov rayonu ərazisində bədbəxt hadisə baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Faiq Yusifov küçəsi 7, mənzil 46 ünvanında yaşayan 1971-ci il təvəllüdlü Musayev Rövşən Saday oğlunun hamam otağından meyiti tapılıb. Salyan rayon sakini olan və Bakıda kirayədə yaşayan 42 yaşlı kişinin meyitinin üzərində hər hansı zorakılıq əlaməti aşkarlanmayıb.

 

İlkin məlumata görə, R.Musayev dəm qazından boğulub. Faktla əlaqədar araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2064

Oxşar yazılar