Bakıda kirayənişin faciəvi şəkildə öldü
09 aprel 2014 10:27 (UTC +04:00)

Bakıda kirayənişin faciəvi şəkildə öldü

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Yasamal rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Z.Kərimov küçəsi 12 ünvanında yaşayan Tovuz rayon sakini, 1987-ci il təvəllüdlü İbrahimov Məhəmməd Hüseyn oğlu dəm qazından boğulub. Həmin evdə kirayədə yaşayan 27 yaşlı M.İbrahimov hamam otağında olarkən dəm qazından zəhərlənib və hadisə yerindəcə dünyasını dəyişib.

 

Faktla bağlı araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1027

Oxşar yazılar