Bakıda gənc quşbaza ağır zərbə
30 aprel 2013 15:42 (UTC +04:00)

Bakıda gənc quşbaza ağır zərbə

Bakı şəhərinin Yasamal rayonu ərazisində quş damından xeyli göyərçin oğurlanıb. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, aprelin 29-da Sulutəpə qəsəbə sakini 1990-cı il təvəllüdlü Hüseynov Asim Məhəmməd oğlu şikayət ərizəsi ilə müraciət edib. 23 yaşlı oğlan bildirib ki, naməlum şəxs və ya şəxslər ona məxsus olan və İkinci Alatava qəsəbəsində yerləşən quş damından 25 ədəd göyərçini oğurlayıb. Oğurluq damın qapısının qıfılını sındırmaq yolu ilə həyata keçirilib.

 

Hazırda polis 23 yaşlı oğlana məxsus 25 ədəd göyərçini oğurlamış şəxsi axtarır.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1414

Oxşar yazılar