Bakıda faciəvi hadisə: 14 yaşlı oğlan öldü
18 aprel 2013 10:33 (UTC +04:00)

Bakıda faciəvi hadisə: 14 yaşlı oğlan öldü

Bakı şəhərinin Binəqədi rayonu ərazisində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Biləcəri qəsəbəsindəki 1 May yaşayış massivinin arxasında “Qum bazarı” adı ilə tanınan ərazidə 1999-cu il təvəllüdlü Dövlətəliyev Orxan Oqtay oğlunu elektrik cərəyanı vurub. Hökməli kənd sakini olan yeniyetmə hadisə yerindəcə keçinib.

 

Faktla əlaqədar rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1942

Oxşar yazılar