Bakıda quldurluq hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Bakıxanov qəsəbəsi Ə.B.Ağayev küçəsində yaşayan Nuridə Bayramova 13-cü polis bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, həmin gün saat 19:30 radələrində naməlum şəxs oğurluq məqsədilə, açıq qapıdan içəri girib. Həmin şəxs onu və qızı Aytən Məmmədovanı bıçaqla hədələyib.
Sabunçu rayon Polis İdarəsi və 13-cü polis bölməsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən, qəsəbə sakini Elşad Məmmədov tutulub.

Bakıda evə soxulan kişi ana və qızını hədələdi
0
0
0
0