Bakıda dəhşətli qəza: “BMW X 5” qadınların üstünə çıxdı
05 aprel 2013 11:47 (UTC +04:00)

Bakıda dəhşətli qəza: “BMW X 5” qadınların üstünə çıxdı

Bakı şəhərinin Nizami rayonu ərazisində dəhşətli yol qəzası baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Qara Qarayev prospekti, 106 ünvanının qarşısında Zöhrabov Fərid Şahin oğlunun idarə etdiyi “BMW X 5” markalı 10 RC 222 dövlət nömrə nişanlı avtomobil səki ilə hərəkət edən piyadaları vurub.

 

Məlumata görə sürücünün idarəetməsindən çıxan avtomobil qadınların üstünə doğru irəliləyib və 1956-cı il təvəllüdlü Muradova Zəmanə Abduləli qızını və 1972-ci ildə anadan olmuş İsmayılova Gülzar Əşrəfəli qızını vurub. Z.Muradova hadisə yerindəcə keçinib. G.İsmayılova isə ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib

 

Faktla əlaqədar Nizami RPİ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6391

Oxşar yazılar