Bakıda axtarışda olan 5 nəfər tutulub
26 mart 2013 11:36 (UTC +04:00)

Bakıda axtarışda olan 5 nəfər tutulub

 

Martın 25-də Bakıda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan bir neçə nəfər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Xəzər RPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Qələmşah Zalov martın 25-də tutulub.

 

Martın 24-də S.Vurğun küçəsində yerləşən «Yasmin» ticarət mərkəzinin tikintisindən 7 min manat dəyərində elektrik avadanlığı oğurlanıb. Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Zöhrab Nəbiyev və Tovuz rayon sakini Ədalət Nağıyev də martın 25-də yaxalanıblar.

 

 

Bundan başqa Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 178-ci (dələduzluq) maddə ilə axtarışda olan Niyaz Zeynalov da saxlanılıb. Yasamal RPİ CAŞ, PPXB və 28-ci PB əməkdaşları tərəfindən eyni maddə ilə axtarışda olan Zəhra Əliyeva da tutulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 897

Oxşar yazılar