Bakıda Almaniya vətəndaşı amansızlıqla qətlə yetirilib
03 may 2013 09:47 (UTC +04:00)

Bakıda Almaniya vətəndaşı amansızlıqla qətlə yetirilib

 

Bakı şəhərinin Nərimanov rayonunda qətl hadisəsi törədilib. Rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, Ə.Rəcəbli küçəsi, bina 3b-nin qarşısında şəxsiyyəti istintaqa hələlik məlum olmayan şəxs 1992-ci ildə Qazaxıstan Respublikasının Petropolis şəhərində anadan olmuş, Almaniya Federativ Respublikasının vətəndaşı Şilder Vüsal Adolfonu bıçaqlayaraq qətlə yetirib. 21 yaşlı xarici ölkə vətəndaşının bədəninin müxtəlif nahiyələrinə çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlər yetirilib.

 

 

Faktla əlaqədar cinayət işi açılıb, araşdırmalar aparılır.

 

Qeyd edək ki, qətlə yetirilmiş AFR vətəndaşı Bakı şəhəri Binəqədi rayonu, 7-ci mikrorayon ev 9/33 mənzil 51 ünvanında yaşayırmış.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6581

Oxşar yazılar