Dekabrın 21-də Bakıda ölümlə nəticələnən iki yol qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, saat 20 radələrində Xəzər rayonu ərazisində, Bakı Mərdəkan yolunda paytaxt sakini İmaməddin Rəhimov idarə etdiyi «VAZ 2107» markalı avtomobillə Şakir Məmmədovu vurub piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Digər qəza isə saat 19:35 radələrində Qaradağ rayonu ərazisində baş verib. Yeni Dairəvi yolda Bakı şəhər sakinləri Vüsal Şəfiyev idarə etdiyi «Hyundai» markalı avtomobili aşırıb. Nəticədə V.Şəfiyev, sərnişinləri Şəfa Məmmədova və Vüsalə Rəhimov xəsarətlə Kliniki Tibbi Mərkəzə daxil olub. Sürücü – Vüsal Şəfiyev aldığı xəsarətdən xəstəxanada ölüb.