Bakıda ağır qəza: ölən və yaralananlar var
03 yanvar 2014 02:12 (UTC +04:00)

Bakıda ağır qəza: ölən və yaralananlar var

0
Bakının Heydər Əliyev prospektində ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

 

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, qəza “Mercedes” və “Toyota” markalı avtomobillərin qarşı-qarşıya çıxaraq toqquşması nəticəsində baş veib.

 

 

Qəza nəticəsində  “Mercedes” markalı avtomobilin şəxsiyyəti hələlik məlum olmayan sürücüsü hadisə yerində ölüb. Bir neçə nəfərin ağır yaralandığı bildirilir.

 

Hadisə yerinə yol polisi və həkim briqadası cəlb olunub.

 

Qəza səbəbindən nəqliyyat vasitələrin hərəkətində sıxlıq yaranıb.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4835

Oxşar yazılar