Aprelin 8-də Bakı şəhərinin Sabunçu rayonu ərazisində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, saat 03.00 radələrində Sabunçu rayonu ərazisində Abşeron rayon sakini Ayaz Şükürovun idarə etdiyi "KamAZ" markalı və Bakı şəhər sakini Elxan Qulamovun idarə etdiyi "VAZ 2106" markalı avtomaşınlar toqquşub.
Nəticədə xəsarət almış E.Qulamov və sərnişinləri Habil Ağayev, Afiyəddin Quliyev xəstəxanaya yerləşdirilib.
Faktla əlaqədar Sabunçu RPİ tərəfindən araşdırma aparılır.