Bakıda “Mercedes” aşdı: sürücü öldü
29 mart 2013 09:37 (UTC +04:00)

Bakıda “Mercedes” aşdı: sürücü öldü

 

 

Martın 29-na keçən gecə, saat 00:30 radələrində Bakı şəhərinin Xəzər rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Buzovna-Maştağa yolunun 1-ci kilometrliyində 1962-ci il təvəllüdlü Əliyev Hacıməmməd Ələkbər oğlunun idarə etdiyi “Mercedes 230” markalı avtomobil aşıb.

 

Qəza nəticəsində sürücü aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

 

Faktla əlaqədar araşdırmalar aparılır, müvafiq ekspertizalar təyin olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1518

Oxşar yazılar