Bakıda “KamAZ” sərnişin qatarına çırpılıb
07 oktyabr 2013 12:58 (UTC +04:00)

Bakıda “KamAZ” sərnişin qatarına çırpılıb

Oktyabrın 4-dən 5-nə keçən gecə saat 23.20 radələrində Bakı şəhərinin Qaradağ rayonu ərazisində yük maşını sərnişin qatarına çırpılıb. Lent.az-ın məlumatına görə, Səngaçal Dəmir Yolu Stansiyasındakı qorunan keçiddə Şəmkir rayon sakini Vaqif Əhmədov idarə etdiyi “KamAZ” markalı avtomaşını Bakı-Ağstafa qatarına vurub. Nəticədə ölən və xəsarət alan olmayıb. Qatarın hərəkəti 1 saat ərzində dayanıb.

 

Faktla əlaqədar DİN NBPİ tərəfindən araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1290

Oxşar yazılar