Bakıda “Halal” marketdən oğurluq edilib
03 may 2013 11:43 (UTC +04:00)

Bakıda “Halal” marketdən oğurluq edilib

Bakı şəhərinin Yasamal rayonu ərazisində marketdən oğurluq edilib. 26-cı Polis Bölməsindən Lent.az-a verilən məlumata görə, gecə saatlarında naməlum şəxs və ya şəxslər Nərimanov küçəsi 57/24 ünvanında yerləşən “Halal” marketin qapısının qıfılını sındırmaq yolu ilə içəri daxil olub. Marketdən 1500 manat pul, 1071 manat dəyərində tütün məmulatları, 300 manatlıq danışıq kartları və s. oğurlanıb.

 

Hazırda oğurluq əməlini törətmiş şəxs və ya şəxslərin yaxalanaraq istintaqa cəlb edilməsi istiqamətində iş aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 886

Oxşar yazılar