Bakıda 65 yaşlı kişi mənzilində ölü tapıldı
19 iyul 2014 14:45 (UTC +04:00)

Bakıda 65 yaşlı kişi mənzilində ölü tapıldı

Bakı şəhəri, Xətai rayonunda 1949-cu il təvəllüdlü bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Lent.az-ın FHN-nin rəsmi saytına istinadən xəbərinə görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən həmin mənzilin giriş qapısını bayır tərəfdən açaraq, içəri daxil olublar. Mənzilə baxış keçirilərkən vətəndaş döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində M. Məmmədovun öldüyü müəyyən edilib. Əməliyyat saat 11:05-də başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 687

Oxşar yazılar