Bu gün Bakı şəhərinin Səbail rayonu ərazisində 35 yaşlı kişi küçədə ölüb. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Xətai rayon Xocalı küçəsi 18 A ünvanında yaşayan 1978-ci il təvəllüdlü Sadıqov Pərviz Nizami oğlu Əliyar Əlizadə küçəsi 5 ünvanının qarşısında qəfil yıxılıb. Hadisə yerinə gələn təcili tibbi yardım briqadası onun öldüyünü müəyyən edib.
İlkin məlumata görə, 35 yaşlı paytaxt sakini ürək tutmasından ölüb.