Aprelin 3-nə keçən gecə Bakı şəhərinin Sabunçu rayonu ərazisində intihar hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 1979-cu il təvəllüdlü Astarov Polad Abil oğlu özünü yaşadığı evdə asaraq intihar edib.
Lent.az-a verilən digər məlumata görə, intihar etmiş şəxs 2 uşaq atası olub. Özəl şirkətlərdən birində mühafizəçi işləyən paytaxt sakini maddi sıxıntılar içində imiş.
34 yaşlı kişinin hansı səbəbdən intihar etməsi məlum deyil. Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.