Bu gün Bakı şəhərinin Qaradağ rayonu ərazisində betonqarışdıran maşın aşıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, saat 08:34-də 112 Xidmətindən Qaradağ rayonu Sahil qəsəbəsi Balıqçılar küçəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın köməyə ehtiyacı olması barədə daxil olub. Əməliyyat məlumatına əsasən, Qaradağ rayonu üzrə xilasedicilər qrupu hadisə yerinə çıxıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1987-ci il təvəllüdlü Stalikov İlqar Malik oğlunun idarə etdiyi “Mercedes” markalı, 90 JK 303 dövlət nömrə nişanlı beton daşıyan maşın yoldan çıxaraq aşıb. Nəticədə adıçəkilən avtomobil ağır deformasiyaya uğrayıb.
Xilasedicilər xilasetmə alət və avadanlıqlardan istifadə etməklə qəza nəticəsində ağır deformasiya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb, hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil verərək xilas olunmasını təmin edib.