Bakıda 19 yaşlı qızla oğlan külli miqdarda pul oğurlayıb
21 iyul 2014 11:25 (UTC +04:00)

Bakıda 19 yaşlı qızla oğlan külli miqdarda pul oğurlayıb

Bakıda mənzildən külli miqdarda pul oğurlayan şəxslər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, iyulun 17-də Qızıl Şərq küçəsində yaşayan Esmira Baxşəliyevanın evindən, qapını açmaqla 3000 manat, 1500 ABŞ dollar, 2000 avro və 15000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən 1995-ci il təvəllüddən olanlar - Neftçala rayon sakini Mirzəağa Mustafayev və Bakı şəhər sakini Nisə Senalı tutulub.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2326

Oxşar yazılar