Bakı şəhərinin Xətai rayonu ərazisində yeniyetmə oğlan qəfil dünyasını dəyişib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, paytaxt sakini 1996-cı il təvəllüdlü Əsədov Kamran Arif oğlu yaşadığı evin yaxınlığında qəfil yıxılıb. İlkin müayinə nəticəsində 17 yaşlı oğlanın öldüyü məlum olub.
Faktla əlaqədar ekspertiza təyin olunub. Yeniyetmənin ölüm səbəbi araşdırılır.