Bakı sakini dostunu öldürüb
05 aprel 2013 10:22 (UTC +04:00)

Bakı sakini dostunu öldürüb

Bakı şəhərinin Xəzər rayonu ərazisində qətl hadisəsi törədilib. Xəzər RPİ, 2-ci Polis Bölməsindən Lent.az-a verilən məlumata görə, Buzovna qəsəbə sakini 1982-ci il təvəllüdlü Cəfərov Cəfər Nəsrəddin oğlu C.Musabəyov küçəsi, dalan 1 ünvanındakı evdə dostu Bəxtiyar adlı şəxsi bıçaqlayaraq qətlə yetirib. C.Cəfərov daha sonra polisə gələrək törətdiyi əməl barəsində məlumat verib və təslim olub.

 

Hazırda qətlə yetirilmiş 33-35 yaşlı kişinin şəxsiyyəti müəyyənləşdirilir. Faktlaəlaqədar cinayət işi başlanılıb.

 

Hadisənin səbəbi və digər təfərrüatlar məlum deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1629

Oxşar yazılar